Problemli şirkətlərin borcu

Distressed debt Hal hazırda müflisləşmə prosesində olan və ya müflislik ehtimalı böyük olan müəssisələr tərəfindən əldə olunmuş borc. Bu hal, adətən, müflisləşmə əsnasında olan şirkətlərin öz borclarını qaytara bilməməsi ilə nəticələnir və nəticədə borc qiymətli kağızlar dəyərdən düşür.
Problemli qiymətli kağızlar
Proqnoz
OBASTAN VİKİ
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.
Problemli smartfon istifadəsi
Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır. Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.

Значение слова в других словарях